Haqqımızda Reklam
20 
Yan
2020
16:50
6
3
543

Roman Qoçiridzedən hakimiyyətə xəbardarlıq: "Parlament qarşısında aksiyalar yenidən başlayacaq"

"Etiraz aksiyaları parlamentin qarşısında 4 fevral tarixindən başlayacaq". 24News.ge xəbər verir ki, bunu müxalif "Vahid Milli Hərəkat" partiyasının parlamentdəki fraksiya sədri Roman Qoçiridze bildirib. Fraksiya sədrinin sözlərinə görə, "Gürcü Arzusu" ölkədə ədalətli formada seçkilərin keçirilməsinə hazır deyil. "Onların anladıqları tək şey gücdür. Buna görə də, bu güc istifadə ediləcək və xalqın iradəsini göstərəcəyik. Hökumət idarələrində də piket aksiyaları keçiriləcək eləcə də 4 fevraldan parlamentdə də etiraz aksiyası başlayacaq və bütün bunlar 'Gürcü Arzusu' vədini yerinə yetirməyənə qədər davam edəcəkdir. Bu etiraz fonunda, paralel olaraq seçkilərə gediləcək. Onların iki alternativi var - ya güzəştə gedəcəklər ya da seçki məntəqələrinə",-deyə R.Qoçiridze qeyd edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989