Haqqımızda Reklam
20 
Yan
2020
16:59
4
3
429

NATO yeni təlimləri ilə bağlı Gürcüstana əsgərlər yerləşdirəcək

NATO-nun 2020-ci ildə həyata keçirəcəyi "Avropanın Müdafiəçisi - 2020" layihəsi çərçivəsində Gürcüstana da hərbiçilər yerləşdiriləcək. 24News.ge armytimes-a istinadən xəbər verir ki, layihə çərçivəsində NATO Gürcüstandan əlavə, Baltik bölgəsinə, Almaniya və Polşayada hərbiçilər yerləşdiriləcək. Qeyd edilir ki, təlimlər NATO-nun hərbi gücünün yoxlanılması üçün nəzərdə tutulub. Həmçinin bildirilib ki, təlimlərə ABŞ son 25 ildə Avropaya ən böyük sayda hərbi kontingentini göndərəcək. Məlumata görə, təlimlərə ABŞ-dan 20 000 hərbiçi göndəriləcək. Ən böyük kontingentin isə Polşa ərazisində yerləşdiriləcəyi qeyd edilib. Ümumilikdə sözügedən hərbi təlimə 18 ölkədən 37 000 hərbi qulluqçu qatılacaq. Hərbi qulluqçuların və ağır texnikanın gəlişi isə fevraldan start götürəcək. Təlimlər isə 2020-ci ilin iyun ayında baş tutacaq.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989