Haqqımızda Reklam
20 
Yan
2020
21:48
6
1
749

Marneulidə “Azadlığa gedən yol” adlı tədbir keçirilib (Foto-Video)

Bu gün Marneulidə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə Qanlı Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar olaraq “Azadlığa gedən yol” adlı anım tədbiri keçirilib. 24News.ge xəbər verir ki, tədbirdə İlk öncə 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Aygül İsayeva 20 Yanvar tarixinin Azərbaycan tarixində qanla yazılmış bir səhifə olmasını, Azadlığa gedən yolun zirvəsi, azadlıq istəyinin oyanış günü olmasını qeyd edib. Daha sonra Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin birinci katibi Rəhim Rəhimov, GAİM-də dərs deyən tarix müəllimi Nərgiz Nəbiyeva, Azərbaycan dili və Ədəbiyyat müəllimi Fatma Əliyeva, məntiq və riyaziyyat müəllimi Musa Omarov, ingilis dili müəllimi Məhəmməd Aslanov və digərləri çıxış edərək faciədən alınan dərslərdən söz açıblar. GAİM-də təhsil alan gənclər 20 Yanvara aid şeirlər səsləndiriblər. Tədbirin sonunda 20 Yanvara həsr edilmiş fotoslaydlar və real hadisələrdən bəhs edən video-çarx nümayiş olunub. Qeyd edək ki, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin əməkdaşları, müəllim və şagird heyəti Marneulinin Alget kəndində 20 Yanvar və 9 Aprel hadisələrinə həsr edilmiş abidənin önünə də əklil qoyublar. Həmçinin, Marneulinin Kirəc Muğanlı kəndində 20 Yanvarda şəhid olmuş Vəfədar Eminovun ailəsini, yaxınlarını ziyarət edib kənd camaatı ilə görüşüblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989