Haqqımızda Reklam
26 
Fev
2020
11:11
1
0
259

Qriqol Vaşadze ABŞ səfirliyində iqtidarla görüşdən danışdı - "Hər hansı bir razılıq əldə edilmədi"

Dünən ABŞ səfirinin müavini Elizabet Rudun təşəbbüsü ilə hakimiyyət nümayəndələri və müxalifət liderləri arasında nahar yeməyi baş tutub. 24News.ge xəbər verir ki, sözügedən görüşdən sonra müxalif "Vahid Milli Hərəkat" lideri Qriqol Vaşadze açıqlama verərək bu dəfə də heç bir razılığın əldə edilmədiyini bildirib. "Siyasi məsələlərdən söhbət açıldı. Heç bir təklif irəli sürülmədi, hər hansı bir razılıq əldə edilmədi. Söhbətin əvvəli hər kəs öz mövqeyində qaldığını açıqladı",-deyə Q.Vaşadze vurğulayıb Qeyd edək ki, dünən ABŞ səfirliyi tərəfindən təşkil edilən nahar yeməyində hakimiyyətdən İrakli Kobaxidze və Arçil Talakvadze, müxalifət cəbhəsindən Qriqol Vaşadze, Nino Burcanadze, İrma İnaşvili və Davit Usupaşvili iştirak ediblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989