Haqqımızda Reklam
26 
Fev
2020
11:43
1
1
206

Kaxa Kaladze: "2 000 nəfəri hazırlamışıq və onların 70%-i işlə təmin edilib"

"Tbilisi meriyasının ixtisas hazırlıq proqramı mart ayından etibarən 4 dövlət kollecində gerçəkləştiriləcək". 24News.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze şəhər şurasının iclasında məlumat verib. Onun sözlərinə görə, ixtisas üzrə proqramlarda daha çox insanın iştirakı və daha sonra işlə təmin edilməsi ümumi ayrılan vəsaitdən iki qat artıq artırılacaqdır. "İki ildir ki, ixtisas hazırlıq proqramına başlamışıq və səmimi olaraq demək istəyirəm ki, belə bir nəticə gözləmirdik. Bu iş çox uğurlu alındı. İki il ərzində 2 000 nəfər hazırladıq və onların 70%-i işlə təmin edilib. Bizim biznes sektoru ilə aktiv əlaqəmiz mövcuddur və onların tələblərini də yaxşı bilirik. Hansı problemlər mövcuddur və insanların hansı istiqamətlərdə hazırlığına ehtiyac var biz bunu bilirik. Proqram 4 dövlət kollecində həyata keçiriləcək və orada 38 proqram mövcuddur. İnsanların ixtisas üzrə hazırlaşmaları üçün köməyə ehtiyac var. Biz onları öyrətmək və konkret ixtisaslar üzrə yardım edəcəyik",-deyə K.Kaladze bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989