Haqqımızda Reklam
26 
Fev
2020
13:03
2
2
1356

Hansı halda vətəndaşın pensiyası dayandırıla bilər? - Sosial Xidmət Mərkəzi açıqladı

Gürcüstan miqyasında ümumilikdə 149 742 pensiyoner var. Hər il sistemə minlərlə yeni pensioner daxil olur, minlərə təqaüdçünün isə pensiyası sonlandırılır. Bəs qanunvericiliklə hansı halda vətəndaşın pensiyası kəsilə və ya sonlandırıla bilər? 24News.ge Sosial Xidmət Mərkəzinə istinadən xəbər verir ki, pensiyaların sonlandırılması bir neçə amildən qaynaqlana bilər. Aşağıda sizlərə hansı hallarda pensiyanın kəsilməsi və ya solandırılmasının həyata keçirildiyini təqdim edirik. Əgər pensioner 6 ay ərzində ona məxsus olan hesabdan pensiyasını çəkmirsə, təqaüdü avtomatik olaraq dayandırılır. Bundan əlavə pensioner öz təqaüdünü şəhadətnamə əsasına başqasına etibar edirsə və 1 il keçdikdən sonra bu şəhadətnamə yenilənmirsə, pensiya dayandırıla bilər. Şəxsin həbsdə olduğu müddətdə də pensiyası dayandırılır. Pensiyanın yenilənməsi barədə ərizə təqdim etdikdən sonra pensiya almaq mümkün olur. Pensiyanın sonlandırılmasına gəldikdə isə bu təqaüdçünün vəfatı barədə sənəd əsasında, Gürcüstanda statusu olmayan vətəndaşın ölkədən çıxarılması zamanı, şəxsin Gürcüstan vətəndaşlığından çıxdığı və ya vətəndaşlığını itirdiyi zaman pensiyanın sonlandırılması ilə nəticələnir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989