Haqqımızda Reklam
25 
Mar
2020
17:55
78
9
5136

Deputat Azər Süleymanovdan etnik təhqirlərə sərt cavab: "2012-ci ildən bəri ölkədə milli məsələ mövzusu 90-cı illərə qayıdıb"

Məlum olduğu kimi artıq iki gündür ki, sosial şəbəkələrdə koronavirusun Marneulidə bir qadında aşkarlanmasından sonra bəzi etnik gürcü vətəndaşlar etnik azərbaycanlılara təhqiramiz ifadələr işlədirlər. 24News.ge xəbər portalına müsahibə verən "Vahid Milli Hərakat" partiyasının deputatı Azər Süleymanov bu cür məslələrin baş verməsində hazırki hakimiyyəti günahlandırıb: "Təəssüflər olsun ki, 2012-ci ildən bəri ölkədə milli məsələ mövzusu 90-cı illərə qayıdıb. Bilirsiz ki, Mixeil Saakaşvili dövüründə Gürcüstanda yaşayan azərbaycanlılar ölkənin tam hüquqlu vətəndaşı oldular. Həmin dövürdə Tatar kəlməsini işlədən şəxslər cəzalandırlırdı. Bu gün isə biz görürük ki, hansı məsələlər baş verir. Ölkənin belə bir çətin vəziyyətində bu cür təxribat yönlü ifadələr işlədənlər mütləq cəzalandırılmalıdır. Hazırki durumda biz bir olmalıyıq ki, dövlətimizi bu ağır vəziyyətdən üzü ağ çıxaraq indi etnik ayrımcılıq salmaq vaxtı deyil. Mən dövlət qrumlarından xahiş edirəm ki, belə təxribat yönlü addımlar atan şəxslərə qarşı ciddi ölçülər götürülsün. Azərbaycanlı gənclərimizə müraciət edərək demək istəyirəm ki, belə təxribat yönlü fikirlərə hec bir aqressiv cavab verməyin. Biz tarix boyu Gürcü qardaşlarımızla bu torpaqlarda birgə yaşayıb bu ölkənidə birgə qurmuşuq bunu hərkəsdə yaxşı bilir təkrar etməyə ehtiyac yoxdur. Bizim bu gün bir istəyimiz var oda ölkəmizin koronavirus bəlasından uzaq olması, insanlar normal öz həyat tərzinə qayıtsın və ölkəmizin inkişafı yolunda öz uğurlu addımlarını atsınlar. Marneulidə bir nəfər virusa yoluxubsa Tbilisidə 60-dan çox yoluxan var ozaman onlar hansı səbəbdən yoluxub bu sual gərək o təxribat yönlü fikirlər söyləyənləri biraz düşündürsün! Hər kəs bilir ki, virusun milli kimliyi və ya dini mənsubiyyəti yoxdur. Biz yaxşı görürük dünyanın hər yerində virusdan necə əziyyət çəkirlər. Mən birdaha xalqıma müraciət edərək demək istəyirəm ki, "Ümumdünya Səhiyyə Təşkilatının və ölkənin Səhiyyə nazirliyinin tövsiyələrinə diqqət etsinlər və bu sınaqlı günləri səbr etsinlər öz sağlamlıqlarına diqqət etsinlər. Biz çox çətinliklər və ağır günlər keçirmişik və İnşallah yaxın vaxtda bu çətinliyidə birlikdə arxada qoyub birgə bu hakimiyyətə qarşı mübarizəmizi davam etdirəcəyik" - deyə Azər Süleymanov bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989