Haqqımızda Reklam
25 
Mar
2020
19:46
47
6
2562

Çinin Gürcüstana hədiyyə etdiyi koronavirus testləri artıq ölkədədir (FOTO)

“Çinin ölkəmizə hədiyyə etdiyi koronavirusu tez bir zamanda aşkarlayan testlər artıq Tbilisidədir”. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın Çin Xalq Respublikasındakı səfiri Arçil Kalandiya özünün “Facebook” səhifəsində məlumat yayıb. O bildirib ki, koronavirus və digər respirator virusları müəyyən edən testlərin dəyəri 420 min ABŞ dollarıdır. “Sıçuan əyalətinin rəhbərliyinin hədiyyə etdiyi 420 min dollar dəyərində ekspress testlər və müvafiq avadanlıqlar artıq Tbilisidədir”, – deyə o yazıb. (NewsBureau)

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989