Haqqımızda Reklam
26 
Mar
2020
15:27
6
14
3133

Bolnisi sakinində koronavirus aşkarlandı - Vətəndaş Tbilisiyə aparıldı

Marneulidə koronavirusa yoluxmuş 62 yaşlı qadınla ünsiyyətdə olduğu təsbit edilmiş, Bolnisi sakini, gənc qadında koronavirus aşkarlanıb. 24News.ge xəbər verir ki, qadın artıq Tbilisiyə aparılaraq, Birinci Universitet Xəstəxanasına yerləşdirilib. Xəstəxananın rəhbəri, Lali Turtseladze bu barədə yayılmış xəbərləri təstiqləyib. O, pasyentin xəstəxanaya yerləşdirildiyini və lazımi tədbirlərin görüldüyünü bildirib. Qeyd edək ki, Marneulidən olan, virusa yoluxmuş qadınla ünsiyyətdə olmuş 13 nəfər Bolnisi sakini test edilib və onlar arasında sadəcə 1 yoluxma halı qeydə alınıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989