Haqqımızda Reklam
29 
Mar
2020
10:58
18
6
1106

Marneulidə 71 mindən çox insan tibbi yoxlamadan keçirilib

“Marneuli əhalisi arasında temperaturun termoskrininq metodu ilə ölçülməsi prosesi fəal şəkildə davam etdirilir”. 24News.ge xəbər verir ki, bu barədə Marneuli rayonunun meri Zaur Darğallı keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, rayonda artıq 71 mindən artıq insan tibbi yoxlanışdan keçirilib: “Bu işlər bütün bələdiyyə üzrə davam etdiriləcək. Artıq bəzi kəndlərdə yüksək temperaturu olan bir neçə şəxs müəyyən olunub. Onlarda virus aşkarlanmasa da, tibbi nəzarətə götürülüblər”. Z.Darğallı termoskrininq metodunu çox effektiv adlandırıb: “Məhz bu üsulla yoxlama zamanı Bolnisidə yüksək hərarətli bir nəfər müəyyən olunub. Tibbi yoxlanış zamanı onun koronavirusa yoluxduğu təsdiqlənib”. Rayon rəhbəri qeyd edib ki, Gürcüstanın Daxili İşlər Nazirliyi fövqəladə vəziyət və ciddi karantin rejimi qaydalarını pozan vətəndaşları cərimələməyə başlayıb: “Marneulidə də artıq bir neçə şəxs üç min lari məbləğində cərimələnib. Evdə qalmaqla bağlı saysız çağırışlara baxmayaraq, təəssüf ki, buna əməl etməyənlər var. Hamını öz sağlamlıqları naminə evdən çıxmamağı ciddi şəkildə tövsiyə edirik”. Qeyd edək ki, Marneulidə martın 23-dən etibarən ciddi karantin rejimi tətbiq olunur.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989