Haqqımızda Reklam
29 
Mar
2020
15:23
17
32
2898

Prezident Zurabişvili Marneuliyə səfər etdi

Ölkə prezidenti Salome Zurabişvili ciddi karantin rejiminin tətbiq olunduğu Marneuli rayonuna baş çəkib. 24News.ge xəbər verir ki, dövlət başçısı rayondakı hazırkı vəziyyətlə yerində tanış olub. Kvemo Kartli ( Borçalı) qubernatoru Şota Rexviaşvili və Marneulinin icra başçısı Zaur Darğallı rayonun girişində prezidentə karantin rejimi çərçivəsində tətbiq olunan məhdudiyyətlər və əhalinin tibbi yoxlanışdan keçirilməsi barədə ətraflı məlumat təqdim ediblər. Prezidenti Gürcüstan baş nazirinin regional məsələlər üzrə müşaviri Sozar Subari müşayiət edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989