Haqqımızda Reklam
29 
Mar
2020
16:36
23
76
9020

Son 24 saat ərzində fövqəladə hal rejimini pozan 96 vətəndaş cərimələndi - Açıqlama (VİDEO)

"Son 24 saat ərzində ictimai yerdə 10 nəfərdən artıq toplaşmaq barəsində qadağanı pozan 96 vətəndaş cərimələnib" 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər nazirinin müavini, Vladimer Borçvadze açıqlayıb. Nazir müavini qeyd edib ki, cərimələnənlər arasında 11 nəfər (3 hüquqi, 8 fiziki şəxs) qadağan edilmiş iqtisadi fəaliyyət həyata keçirdikləri üçün polis tərəfindən sanksiyalara məruz qalıblar. Bundan əlavə, mikroavtobusla şəhərlərarası sərnişin daşıyan 5 sürücü və özünü təcrid (Karantin) qaydasını pozan 13 vətəndaş da cərimələnib. Borçvadze bildirib ki, Daxili İşlər Nazirliyi fövqəladə hal rejimi ərəfəsində 24 satlıq fəaliyyətini və reydlərini davam etdirəcək. Nazir müavini həmçinin, əhalini tətbiq edilmiş qaydalara əməl etməyə səsləyib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989