Haqqımızda Reklam
30 
Mar
2020
09:33
16
7
3221

“SOYDAŞ” İctimai Birliyi, Azərbaycanda olan Gürcüstan vətəndaşları və avtomobillərlə bağlı dövlət qurumlarına müraciət etdi

“SOYDAŞ” İctimai Birliyi Azərbaycan Respublikasının ərazisində qalma müddəti başa çatmış Gürcüstan, o cümlədən digər xarici ölkə vətəndaşları olan soydaşlarımızın ölkədə olma müddətinin uzadılmasına, həmçinin avtomobillərə görə dövlət rüsumunun alınmaması barədə aidiyyəti qurumlar qarşısında təkliflə çıxış edib. 24News.ge xəbər verir ki, təklif Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə edilib. Məlum olduğu kimi, bütün dünyada geniş yayılmış coronovirus pandemiyası (COVİD-19) virusu ilə mübarizə cərçivəsində Azərbaycan Respublikası da müvafiq tədbirlər görmüş, həmçinin sərhədlərini bağlamışdır. Nəticədə Azərbaycan Respublikası ərazisində minlərlə qalma müddəti başa çatmış Gürcüstan, o cümlədən digər xarici ölkə vətəndaşları olan soydaşlarımız qalmışdır. Xatırladaq ki, “SOYDAŞ” İctimai Birliyi hər zaman öz səlahiyyətləri çərçivəsində soydaşlarımızın problemləri ilə mütəmadi olaraq maraqlanır və bu yöndə onlara yardımçı olmağa çalışan bir təşkilatdır. Azərbaycan Respublikasının ərazisində coronavirus pandemiyasının (COVID-19) yayılmasının qarşısının alınması sahəsində ölkə rəhbərliyi, Nazirlər Kabineti və Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər çərçivəsində Gürcüstan, Türkiyə, o cümlədən Rusiya Federasiyası vətəndaşlarının Miqrasiya Xidmətində qeydiyyata düşməsində İctimai Birliyin əməkdaşları xeyli əmək sərf etmişdir. Təklifdə bildirilir ki: - İş yerlərinin müəyyən bir hissəsinin bağlandığı, ölkədən çıxmaq üçün nəqliyyat vasitələrinin hərəkətinin dayandırıldığı, sərhədlərin bağlandığı bir dövrdə onlardan dövlət rüsumun alınmaması ilə Azərbaycan hər zaman ona sığınanların nəzərində bir daha güvənc yerinə çevriləcəkdir. Qeyd edilən səbəbdən və Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə, Vətəndaşların müraciətləri haqqında qanuna 1.1-ci maddəsinə uyöun olaraq, xarici ölkə vətəndaşlarının ölkəni tərk etməməsinin və ya edə bilməməsinin səbəbi onların özlərinin iradəsindən asılı olmadığından, onlardan ölkədə olma müddətinin uzadılmasına, həmçinin avtomobillərə görə dövlət rüsumunun alınmaması məsələsinə baxmağınızı xahiş edirik.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989