Haqqımızda Reklam
30 
Mar
2020
12:23
18
1
1029

"Əhaliyə çörəyin çatdırılmasında problem olmayacaq" - Nazir

"Bu günkü çətin vəziyyətdə əhali üçün ən önəmli məsələ çörəkdir və biz intensiv şəkildə çörəyin çatdırılması və qiymət artımının yaşanmaması üçün ciddi işlər aparırıq." 24News.ge xəbər verir ki, bu sözləri Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri, Levan Davitaşvili bildirib. "Biz bu istiqamətdə aktiv monitorinqlər aparırıq. Həmçinin istehsalçılarla, un eksportunu həyata keçirənlərlə də əlaqələrimiz mövcuddur ki, qiymət artımı olmasın. Bu gün bizim ehtiyatımız lazım olandan da çoxdur və intensif fəaliyyət aparırıq. Əhaliyə çörəyin çatdırılmasında problem olmaycaq,"-deyə nazir bildirib. O, əlavə edib ki, çörək istehsalatını həyata keçirən kompaniyalarla da maksimum dərəcədə gigyena qaydaları qorunmaqdadır və işçilərin işə gəlməsini də kompaniyalar özləri qarşılayırlar.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989