Haqqımızda Reklam
30 
Mar
2020
13:33
8
18
1654

Marneulidə 12 nəfər koronavirus şübhəsilə xəstəxanaya yerləşdirilib

Marneuli rayonunda yaradılan səhra xəstəxanasına 12 pasiyent yerləşdirilib. 24News.ge xəbər verir ki, bu barədə Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili bildirib. O deyib ki, Tbilisidən 7 pasiyentin kronavirus testinin cavabı gözlənilir. Qubernator Marneuli əhalisi arasında ərzaq yardımı ilə bağlı yaranan narazılıqlara da münasibət bildirib. O deyib ki, yardım kampaniyası hamıya aid deyil: “Bu günə qədər sosial cəhətdən həssas qruplara daxil olan 1 000 ailə ərzaq yardımı ilə təmin olunub. Bu yardımı hamının alacağı ilə bağlı yanlış gözləntilər var”.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989