Haqqımızda Reklam
30 
Mar
2020
13:14
29
9
2661

Marneuli sakinləri meriya qarşısında etiraz aksiyası keçiriblər (FOTO)

Bu gün, səhər saatlarında bir qrup Marneuli sakinləri meriya binası önündə etiraz aksiyası keçirərək rayon meri Zaur Darğallı ilə görüş tələb ediblər. 24News.ge xəbər verir ki, yerli sakinlər meriyadan köməklik istəyiblər. Aksiyaya toplaşan sakinlərdən bəziləri isə Tbilisiyə xəstəxanaya getmək üçün köməklik tələb ediblər. Vətəndaşları meriya binası önündə qəbul edən rayon meri Zaur Darğallı onlara mövcud vəziyyəti izah edib. O bildirib ki, rayon sakinləri meriyaya kənd sakinləri isə yerli bələdiyə nümayəndələrinə müraciət etsinlər, bu cür toplaşmaq virus riskini artırır: “Bilirsiniz ki, biz müəyyən ehtiyaclı ailələrə kömək edirik. Təəssüf ki, bəzi ailələr hər kəsin bu yardımı almalı olduqlarını deyirlər, baxmayaraq ki, bu yardımlar müəyyən qruplar üçündür. Siyahlarımız var və ciddi sosial ehdiyaclı ailələrə gedəcəyik, hər kəsə kömək edəcəyik ", - deyə Zaur Darğallı bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989