Haqqımızda Reklam
22 
May
2020
12:34
32
1
2028

Müxalifətin vahid namizəd razılaşmasına, Aqil Mustafayevdən münasibət...

"Əgər hakimiyyət əldə olunan razılaşmanı pozmasa, hər hansı bir dəyişiklik etməsə bildiyiniz kimi bu il parlament seçkiləri fərqli formada, yəni 120-30 formasında keçiriləcək. Bununla əlaqədar artıq müxalif partiyalar arasında müzakirələr aparılır". Bu sözləri 24News.ge xəbər portalına müsahibəsində "Vahid Milli Hərakat" partiyasının Marneuli nümayəndəliyinin rəhbəri, Aqil Mustafayev deyib. O, regionlarda təqdim olunan vahid namizədlərin mütləq şəkildə araşdırılaraq müzakirələrdən sonra təyin olunacağını bildirib: "Əlbəttə hərbir partiya daxilində namizədlərin kimliyi üçün müzakirələr olacaq, çün ki, partiyalar yerli təşkilatların da fikirlərini nəzərə almalıdırlar. Bu müzakirələrin nəticəsində hansı partiyanın bölgədəki nümayəndəsinin seçicilər arasında reputasiyası daha güclüdür və eyni zamanda çox seçici hansı partiya ətrafında birləşir buna mütləq diqqət olunacaq və bundan sonra qərar veriləcək", - deyə A. Mustafayev bildirib. Aqil Mustafayev vahid namizədlərin təqdim olunmasında əsas məqsədin, 30 majoritar dairədə müxalifətin namizədlərinin biri-birinə qarşı mübarizə aparmamalı və vahid namizəd ətrafında toplaşmalı olduğunu qeyd edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989