Haqqımızda Reklam
23 
May
2020
08:53
40
8
1314

Bolnisidə qurulan postlar ləğv olundu

Gecə saatlarında Bolnisidə nəzarət-buraxılış məntəqələrinin sökülməsi prosesi aparılıb. 24News.ge xəbər verir ki, Müdafiə qüvvələri çadırları sökərək xüsusi yol işarələrini götürüblər. Qeyd edək ki, sözügedən nəzarət-buraxılış məntəqələri 60 gün fəaliyyət göstərib Bu vaxt ərzində, DİN və Müdafiə qüvvələri məntəqələrdə vətəndaşların yerdəyişməsinə nəzarət ediblər. Həmçinin,munisipalitetə daxil olan və çıxan insanların üzərində termoskrininq prosesi də aparılıb. Qeyd edək ki, bu vaxta qədər, Bolnisidə koronavirusa 160 yoluxma halı təsdiqlənib. Onlardan 75-i sağalıb, 3-ü isə vəfat edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989