Haqqımızda Reklam
23 
May
2020
10:38
60
4
3020

Bu gündən etibarən avtomobildə üçdən çox insanın əyləşməsinə qoyulan məhdudiyyət qaldırıldı

Bu gündən etibarən, taksilərdən əlavə, avtomobildə üçdən çox insanın olmasına qoyulan məhdudiyyət qaldırıldı. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria Koronaviru ilə əlaqədar Agentliklərarası Koordinasiya Şurasının iclasının əvvəlində söyləyib. O bildirib ki, sözügedən məhdudiyyət yalnız taksilərdə qalır. "Biz bir avtomobildə üç nəfərin əyləşməsinə qoyulan məhdudiyyətin yalnız taksilərdə qalmasına qərar verdik, digər bütün nəqliyyat vasitələrində bu qadağanı ləğv etmək qərarına gəldik", - deyə Qaxaria bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989