Haqqımızda Reklam
23 
May
2020
10:50
26
17
5755

Yeni qanun layihəsi, toyların keçirilməsini bu tarixədək məhdudlaşdırır

Gürcüstan hökuməti, "İctimai sağlamlıq haqqında" qanun layihəsini, üçüncü dinləmədə qəbul edib. 24News.ge xəbər verir ki, qanun layihəsinin detalları barəsində, Parlamentin hüquq məsələləri üzrə, komitə rəhbəri, Anri Oxanaşvili, "Rustavi 2" kanalının efirində yayımlanan proqramda danışıb. Onun sözlərinə görə, sözügedən qanun layihəsi, 15 iyul tarixinədək, hökumətə müəyyən məhdudiyyətlər tətbiq etmək imkanı verir. Oxanaşvilinin sözlərinə görə, qanun layihəsinin məqsədi, sadəcə ictimai sağlamlığın qorunmasına yönəlib. O bildirib ki, bir sıra tədbirlər kimi, toyların da 15 iyul tarixinədək qadağası nəzərdə tutula bilər. "Ola bilər ki, ölkədə epidemoloji vəziyyət pisləşməsin deyə və həmçinin virusun yayılması idarə edilməz formaya düşməməsi üçün, sosial tədbirlər, misal üçün, toylara məhdudiyyət qoyulsun", - deyə Oxanaşvili bildirib. Onun sözlərinə görə, qanun layihəsində maksumim şəkildə insanın şəxsi hüquqlarına müdaxilədən çəkinilib və bu tədbirlərin yeganə məqsədi, panidemiyanın qarşısının alınmasıdı.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989