Haqqımızda Reklam
23 
May
2020
11:12
27
6
1756

Hərbi hissələrdə kazarma rejimi ləğv olunur - Əsgərlərə şad xəbər

Müdafiə Nazirliyinin qərarı ilə fövqəladə hal zamanı elan olunmuş, müvəqqəti kazarma, 23 may tarixindən etibarən ləğv olunur. 24News.ge xəbər verir ki, bu barədə sözügedən Nazirlikdən mətbuata verilən açıqlamada bildirilir. Nazirliyin bəyənatına əsasən, bu gündən etibarən hərbi hissələrdə kazarma vəziyyəti ləğv olunur, ancaq, ciddi nəzarət tədbirləri və təhlükəsizlik qaydalarına əməl edilməlidir. Xatırladaq ki, ölkədə koronavirus səbəbi ilə 23 martdan etibarən, Müdafiə Nazirinin qərarı ilə hərbi hissələr kazarma vəziyyətinə keçmişdi. Nəticədə isə, əsgərlərin evə buraxılması, məzuniyyətə çıxması və hərbi hissələrə kənar şəxslərin girişi qadağan edilmişdi.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989