Haqqımızda Reklam
23 
May
2020
15:15
32
4
1625

Çerçvadze - "Ermənistanın Səhiyyə naziri, bizdən üzr istəməlidir"

"Ermənistanın səhiyyə naziri, bizdən üzr istəməlidir" 24News.ge xəbər verir ki, bu barədə Yoluxucu Xəstəliklər Klinikasının rəhbəri, Tengiz Çerçvadze bildirib. "Gürcüstanda Covid 19-a yoluxmuş pasyentlərin təyin edilməsi və qeydiyyatı, beynəlxalq standartlar əsasında və şəffaf şəkildə həyata keçirilir və bunu heç bir beynəlxalq ekspert və təşkilat şübhə altına atmayıb. Düşünrəm ki, nazir özünün qeyri korrektiv hesablamalarını ya sübut etməli ya da bu bəyanatdan daşınaraq, üzr istəməlidir. 23 maya olan məlumatlara görə, Ermənistanda Covid 19-a 6 032 yoluxma qeydə alınıb, onlardan 77 nəfəri həlak olub. Cənab nazirin, Ermənistanın epidemiya əleyhinə mübarizə sisteminin, bizimkindən daha yaxşı olmasını bəyan etməsi bir az gülüncdür"-deyə Tengiz Çerçvadze bildirib. Qeyd edək ki, Ermənistanın Səhiyyə naziri, A.Torosyan, Gürcüstanda koronavirusla əlaqdar, həyata keçirilən testlərə şübhə ilə yanaşdığını bildirib. Onun sözlərinə görə, Gürcüstanda test edilərək, Ermənistana gələn şəxslərdə, həmçinin,yük maşını idarə edən, sürücülərdə də virus aşkarlanır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989