Haqqımızda Reklam
23 
May
2020
20:25
4
38
1504

Gürcüstanda gecə kulublarına da yardım olunacaq – Açıqlama

"Hökumət gecə kulublarına yardım etməyi planlayır". 24News.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze jurnalistlərə verdiyi açıqlama zamanı bildirib. “Biz onlayn olaraq araşdırma apardıq, artıq problemlər barəsinda tam məlumatlanmışıq. Biz bilirik ki, pandemiya gecə kulublarına necə zərər verdi və onları hansı problemlər narahat edir. Ona görə də bu cəhətdən kulublar üçün müəyyən paketlər təklif etmək istəyirik”, - deyə Paytaxt meri bildirib. Xatırladaq ki, ölkədə fövqəladə hal elan olunduqdan sonra, hökumətin qərarı ilə gecə kulubları da öz fəaliyyətlərini dayandırıblar.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989