Haqqımızda Reklam
27 
May
2020
12:21
4
52
2028

Nikol Paşinyan: "Əmin ola bilərsiniz ki, Ermənistan dost Gürcüstanın nailiyyətlərinə sevinir"

Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstanlı həmkarı Giorgi Qaxariaya təbrik məktubu ünvanlayıb. 24News.ge Birinci kanala istinadən xəbər verir ki, təbrik məktubu ölkənin Müstəqillik Günü münasibəti ilə olub. “Sizi və gürcü xalqını müstəqillik münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Əsrlər boyu erməni-gürcü münasibətləri dərin hörmətə və dostluğa əsaslanıb və bizim bugünki dialoqumuz da bunun bariz nümunəsidir. Əmin ola bilərsiniz ki, Ermənistan dost Gürcüstanın bir çox nailiyyətlərinə sevinir. Ermənistan simasında, Gürcüstanın bir dost və qonşu ölkəsi var” – deyə Nikol Paşinyan öz təbrikində qeyd edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989