Haqqımızda Reklam
27 
May
2020
16:43
63
5
2939

Bokuçavadan baş nazirə sərt tənqid: "Siz cəlladsız, bu gün ağ xalat geyinməyə cəhd etməyin"

"İnsanların üzlərinə heyvanlar üçün nəzərdə tutulmuş güllələr atdınız. Giorgi Qaxariya cəlladdır, bu gün ağ xalat geyinməyə cəhd etməyin, bu sizin qanlı əllərinizi gizlətməyəcək". 24News.ge xəbər verir ki, bu sözləri "VMH" partiyasının üzvü, Tina Bokuçava, Parlamentdə hesabat təqdim edən baş nazir, Giorgi Qaxariyaya səslənərək deyib. Ötən ilin 20 iyun tarixində Tbilisidə baş verən etiraz aksiyasını xatırladan Bokuçava, aksiya iştirakçılarına qarşı güc tətbiq edildiyini bildirib və baş naziri cəllad adlandırıb. Bundan əlavə, Bokuçava baş nazirə sual da ünvanlayıb: "Koronavirusa ilk yoluxma halından tam olaraq 3 ay keçdi və bu günədək heç bir Gürcüstan vətəndaşı 1 tetri belə yardım almayıb. Fikrimcə, bu həmin fundamental sualdır, hansı ki, siz cavab verməlisiniz", -deyə Tina Bokuçava bildirib. Onun sözlərinə görə, hökumətin yardımları ölkə əhalisinin çox az bir qismini əhatə edir və bütün ictimaiyyətin problemlərinə cavab vermir. O bildirib ki, böhran dövründə, Müdafiə naziri, İrakli Qaribaşvili saat almaq üçün, 200 min lari vəsait xərcləyib, Daxili İşlər naziri, Qomelauri 2 milyon laridən artıq mebel və digər vasitələr alıb, Kaxa Kaladze isə qazılmış yolların yenidən qazılmasına 600 min lari vəsait xərcləyib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989