Haqqımızda Reklam
29 
May
2020
15:15
37
8
1425

Qoçiridze: "Qaxariadan Gürcüstanın niyə ac ölkələr sırasında olması barədə suala cavab ala bilmədik"

"Vahid Milli Hərəkat" partiyasının Parlamentdəki fraksiya sədri, Roman Qoçiridze baş nazir, Giorgi Qaxariyanın Parlamentdəki hesabatını şərh edib.

24News.ge xəbər verir ki, Qoçiridze, baş nazirdən ölkənin beynəlxalq reytin sıralarında niyə ən səfil ölkələr sırasında olması barəsində suala cavab ala bilmədiklərini deyib.

"Baş nazir, regionda ən çox niyə Gürcüstan iqtisadiyyatının zərər görməsi barəsində bizə cavab verə bilmədi?. Gürcüstan dünyada niyə yeganə ölkədir ki, öz vətəndaşlarına hələdə 1 tetri belə birbaşa yardım verməyib? Bu günədək niyə anti-böhran planının ən azı bir hissəsinin həyata keçirilməsinə başlanılmayıb?

Hökumət hər bir təqdimatını niyə yalanla bitirir? Dünən daha bir yalan dinlədik, güya Gürcüstan böyük miqyaslı tikinti işləri aparır. Həqiqətdə isə bu öz tikinti kompaniyaları üçün, bizim cibimizdən korrupsiya sxemi ilə pul çıxarmaq mexanizmidir. Gürcüstan niyə ən səfil ölkədir. Bunlara cavab çox sadəddir. Son 8 il ərzində Gürcüstan hökuməti iqtisadiyyatı məhv etdi və dağıtdı.

Oktyabr ayında artıq bu hakimiyyət mövcud olmayacaq və xoşbəxtlikdən belə suallar da verəsi olmayacağıq", - deyə Roman Qoçiridze bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989