Haqqımızda Reklam
29 
May
2020
18:14
12
64
5334

Azərbaycanın dövlət sərhədinin bağlanması müddəti uzadılır

Azərbaycanın dövlət sərhədinin bağlanması müddəti iyunun 15-dək uzadılır.


24News.ge xəbər verir ki, bu barədə Azərbaycan respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.


Bildirilib ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərinin müvəqqəti olaraq bağlanması və beynəlxalq uçuşların təxirə salınması müddətini artırıb.

COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yük daşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət iyunun 15-dək uzadılıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989