29
May
2020
18:24
16
4
1186
yuxarı
Gürcüstan otellərində “İsveç stolu”ndan imtina edilir
Gürcüstan mehmanxanalarında “İsveç stolu” artıq olmayacaq.
24News.ge xəbər verir ki, bu barədə ölkənin Mehmanxana və Restoranlar Federasiyasının rəhbəri Şalva Alaverdaşvili bildirib.
O deyib ki, bütün otellər bu yeni tənzimləməyə riayət etməli olacaqlar: “Restoranlarda qidalanma konsepsiyasına əsaslı şəkildə yenidən baxılacaq. Mahiyyət ondan ibarətdir ki, qonaqlar ümumi boşqab, qaşıq və çəngəllərə toxunmayacaqlar”.
Ş.Alaverdaşvili əlavə edib ki, mehmanxanalardakı su hovuzları ilə bağlı yeni qaydalara əsasən şezlonqlar arasında məsafə 2 metr təşkil etməlidir.
Qeyd edək ki, ölkədə otellər iyunun 8-dən etibarən fəaliyyətini bərpa edəcək.
Şərhləri göstərmək