Haqqımızda Reklam
29 
May
2020
19:56
15
6
1916

Ticarət mərkəzləri üçün ümumi rekomendasiyalar verildi

Koronavirus infeksiyası ilə bağlı Mollar və Ticarət mərkəzləri üçün ümumi rekomendasiyalar verildi. 24News.ge xəbər verir ki, Rekomendasiyaları Səhiyyə Nazirliyi açıqlayıb. Nazirlik tərəfindən yayılan açıqlamada, aşağıda qeyd olunan qaydalara əməl olunmalıdır: Ticarət mərkəzlərinin girişində termo-skriniq kameraları və dezobaryer qoymalıdırlar; Ticarət mərkəzlərində hər bir insan üçün 10 kavdrat metrlik yer nəzərdə tutulmalıdır; İnsan axınına diqqət yetirilməlidir; Ticarət mərkəzlərinə tibbi maskası olmayan şəxslər buraxılmamalıdır; Ticarət mərkəzi iki saatda bir dəfə dezinfeksiya edilməlidir; Eskalatorların və qapıların tutunacaqları silinməlidir; Sanitar nöqtələr səliqədə olmalıdır; Ticarət mərkəzlərindəki kinoteatrlar, əyləncə mərkəzləri və qida obyektləri işləməməlidir; Qeyd edək ki, ölkədə 1 iyundan etibarən bütün növ mağaza və mollar (ticarət mərkəzləri) fəaliyyətini bərpa edəcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989