Haqqımızda Reklam
29 
May
2020
19:58
9
20
1851

Qamkrelidze, Dəllər kəndindəki son vəziyyəti şərh etdi

Gürcüstanın Xəstəliklərə Milli Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin rəhbəri, Amiran Qamkrelidze Bolnisi rayonunun Dəllər (Muşevani) kəndindəki son epidemoloji vəziyyəti şərh edib. 24News.ge xəbər verir ki, A.Qamkrelidze bütün kənd sakinlərinin yoxlanıldığını və ərazidə 9 epidemoloji qrupun fəaliyyət göstərdiyini bildirib. "Bildiyiniz kimi, Bolnisi Bələdiyyəsi Gürcüstanda koronavirusdan ən çox əziyyət çəkən bir yerdir. Ən əziyyət çəkən kənd isə, Dəllər kəndidir, buradan 55 nəfər tibbi mərkəzə yerləşdirilib, 60 nəfər isə karantindədir. Yerli idarəetməyə, həmçinin mühafizə orqanlarına təşəkkür edirəm, onlar çox işlədilər. Ərazidə ciddi iş həyata keçirildi. Hazırda doqquz briqada işləyir. Mənim özüm də ora getmişdim. Əhali göstərilən xidmətlərə görə, məmnunluğunu dilə gətirir. 575 nəfərdən analiz götürdük, cavablar isə sabah məlum olacaq", -deyə Qamkrelidze bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989