Haqqımızda Reklam
29 
May
2020
20:15
8
55
3854

Marneuli və Hucabi Eparxiyasının episkopos iqamətkahında görüş baş tutub (FOTO)

"28 may tarixində, Marneuli və Hucabi Eparxiyasının episkopos iqamətgahında, Marneuli və Hucabi episkoposu Giorgi (Camdeliani) və Gürcüstan Müsəlmanlar İdarəsinin Marneuli üzrə müftüsü, Hafiz Poluxov və azərbaycanlı ziyayılar arasında görüş baş tutub". 24News.ge xəbər verir ki, bu barədə məlumatı, Marneuli Hucabi facebook səhfəsi paylaşıb. Məlumatda qeyd olunur ki, çox bəhrəli görüş baş tutub. Görüşdə gürcü və azərbaycanlıların uzun əsrlər boyu dostluq çərçivəsində yaşamaları və Marneuli Bələdiyyəsində son vaxtlar baş verən proseslər müzakirə edilib. Həmçinin Marneuli və Hucabi Eparxiyasının facebook səhifəsində oda qeyd olunub ki, Marneulinin mərkəzi küçəsində, keçmiş Sovet İttifaqı nümayəndəsi, Nəriman Nərimanovun abidəsinin məsələsi də müzakirə edilib. Bildirilir ki, görüş nəticəsində iştirakçılar tərəfindən bu şəxs, Sovet İttifaqının bilinən dəstəkçisi, siyasi fəaliyyət dövründə anti-dini və anti-milli fəaliyyətlər göstəməsi birmənalı fakt olaraq təstiqləndib. Səhfənin yaydığı məlumata görə, yerli ictimaiyyət nümayəndələri ilə bu tipli görüşlər intensiv olacaq. Qeyd edək ki, sözügedən səhfədə Sadaxlı kəndinin bələdiyyə deputatı, Rövşən İsgəndərovun iştrakı qeyd olunmasa da, lakin fotolarda bunu görmək mümkündür.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989