Haqqımızda Reklam
29 
May
2020
22:02
22
8
1653

GMİ-nin şeyxi, Hafiz Poluxovun Marneuli Hucabi Yeparxiyasının Episkopal iqamətgahında iştirakına münasibət bildirdi

28 may tarixində, Marneuli və Hucabi Eparxiyasının episkopos iqamətgahında, Marneuli və Hucabi episkoposu Giorgi (Camdeliani) və Gürcüstan Müsəlmanlar İdarəsinin Marneuli üzrə müftüsü, Hafiz Poluxov və azərbaycanlı ziyayılar arasında görüş baş tutub. 24News.ge xəbər verir ki, sözügedən görüşdə Gürcüstan Müsəlmanlar İdarəsinin Marneuli üzrə müftüsü, Hafiz Poluxovun iştirakına, GMİ-nin şeyxi Hacı Ramin İgidov münasibət bildirib. Şeyxin münasibətini olduğu kimi sizə təqdim edirik: "Gürcüstan Müsəlmanları İdarəsinin əməkdaşı (Marneuli müftisi) Hafiz Poluxovun 28 may tarixində Marneuli və Hucab Yeparxiyasının Episkopal iqamətgahında iştirak etməsi, İdarəinin din rəhbərliyi tərəfindən razılaşdırılmayıbdır. Ona görə də onun orada hər hansı bir fikri və sözü İdarənin mövqeyini əks etdirmir. Öz dini titul və məsuliyyətindən istifadə edərək hər hansı məsələdə təmsilçi olaraq iştirak etməsi yanlışlıq hesab olunduğundan həmin şəxs hesabat verməlidir. Qeyd edək ki, Gürcüstan Müsəlmanları İdarəsinin Gürcüstan Patriarxlığı ilə səmimi dostluq və qardaşlıq münasibəti vardır. Buna görə də dinə aid olan məsələlədə din rəhbərləri arasında görüşülər keçirilir və müzakirələr aparılır", - deyə R. İgidov qeyd edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989