Haqqımızda Reklam
04 
Iyn
2020
15:13
20
5
2006

Gürcüstanda sərnişin qatarlarının hərəkəti nə zaman bərpa olunur?

Gürcüstanda iyunun 8-dən etibarən şəhərlərarası sərnişin daşımaları bərpa olunsa da, sərnişin qatarlarının hərəkətinə məhdudiyyət qüvvədə qalmaqda davam edəcək. 24News.ge xəbər verir ki, “Gürcüstan Dəmir Yolları” SC sərnişinləri daşımağa hazır olduğunu bildirib. Qeyd olunub ki, bunun üçün şirkət dezinfeksiyaedici vasitələr və təmassız termometrlər alıb. Lakin şirkətdə şəhərlərarası sərnişin daşımalarının nə zaman bərpa olunacağı barədə məlumat hələ yoxdur. Qeyd edək ki, ölkədə daxili turizm iyunun 15-dən bərpa olunur. Sərnişin qatarlarının da həmin gündən etibarən hərəkətə başlayacağı mümkündür. (Newsbureau)

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989