Haqqımızda Reklam
04 
Iyn
2020
17:00
24
8
5278

Hökümət bu cərimələri silir...

2018-ci ilədək Tbilisidə fəaliyyətdə olan “C.T Park” tərəfindən yazılan cərimələrin silinməsini nəzərdə tutan qanun layihəsi Gürcüstan parlamentində qeydiyyatdan keçirilib. 24News.ge xəbər verir ki, Regyonal Siyasət və Özünüidarəetmə komitəsinin sədri Zaza Qabunia dünən keçirdiyi brifinq zamanı sözügedən qanun layihəsinin parlamentə təqdim olunduğunu açıqlayıb. Onun sözlərinə görə, qanun layihəsi iyun ayının sonunadək təstiq olunacaq və o təstiq olunduğu gündən etibarən qüvvəyə minəcək. “Bu qanun layihəsində 2018-ci ilin 10 aprel tarixinədək yazılan və indiyədək ödənilməyən cərimələrin silinməsi nəzərdə tutulur. Ödənilməmiş cərimələr əhaliyə böyük iqtisadi problem yaradırdı və buna görədə silinməsi qərarına gəldik. Bu qanun layihəsinin ideyası paytaxtın meri Kaxa Kaladzeyə məxsusdur, bu minlərlə insanın cəmdə 850 000- lari dəyərində olan cərimənin silinməsi deməkdir”, - deyə Zaza Qabunia bildirib. Xatırladaq ki, Tbilisi meryası C.T Park ilə sazişə 2018-ci ilin 10 aprel tarixində son qoyub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989