Haqqımızda Reklam
04 
Iyn
2020
20:51
20
67
6448

Diqqət! Qərar verildi - Maska taxmaq məcburidir, əks halda cərimə tətbiq olunacaq

Gürcüstanda Maska taxmaq qaydasını pozan fiziki şəxslər - 50 lari, hüquqi şəxslər isə 500 lari dəyərində cərimələnəcəklər. 24News.ge xəbər verir ki, bu barədə dəyişikliklər paketi İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə daxil edilir. Dəyişikliklər layihəsinə görə, qapalı ictimai məkanda bir araya gələrkən maska taxmaq qaydasını pozduğuna görə fiziki şəxs 50 lari miqdarında cərimə ediləcək. Maskası olmayan şəxsin qapalı ictimai məkana daxil olmasına icazə verilməsinə görə, qapalı ictimai məkanın sahibi olan hüquqi şəxs isə 500 lari miqdarında cərimələnəcək. Qanunlayihəyə görə, bütün növ ictimai nəqliyyat vasitəsi ilə yerdəyişmə zamanı sərnişin və sürücü maska taxmaq məcburiyyətindədir. Əgər sərnişin və sürücü maska taxmazsa, o zaman 50 lari miqdarında cərimələnəcək. Taksilərə (M1 kateqoriyalı) gəlincə isə, taksi ilə səyahət edərkən sürücü və sərnişin maska taxmağa məcburdur. Əgər sərnişin və sürücü maska taxmazsa, o zaman 50 lari miqdarında cərimələnəcəklər. Qeyd edək ki, Dörddən çox adamın (sürücü də daxil olmaqla) taksi ilə daşınmasına görə sərnişinlər və sürücüyə 50-50 lari cərimə tətbiq olunacaq. Dəyişikliklər, təcrid və karantin qaydalarının pozuntularına da aiddir, bunun üçün fiziki şəxs 2000 lari, hüquqi şəxs isə 10 000 lari miqdarında cərimə ediləcəklər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989