Haqqımızda Reklam
04 
Iyn
2020
23:01
111
9
6950

Gürcüstanda saakaşvilinin həyat yoldaşı baş nazir ola bilər?

Son günlər müxalifət partiyaları arasında payızda keçirləcək parlament seçkilərindən sonra baş nazir kimin olacağı ilə bağlı, müxtəlif müzakirələr davam edir. 24News.ge xəbər verir ki, müzakirələrlə yanaşı, müxtəlif söhbətlərdə yayılıb. Belə ki, Saakaşvilinin həyat yoldaşı Sandra Rulovsun, baş nazir vəzifəsinə namizəd olacağı ilə bağlı müxtəlif məlumatlar da yayılıb. "VMH" partiyasının fraksiya sədri, Roman Qoçiridze, məsələ ilə bağlı açıqlama verib: "Sandra Rulovsun nəinki baş nazir vəzifəsinə, hətta heç bir nazir və ya nazir müavini vəzifəsinə belə namizədliyi hələki müzakirə edilməyib. Müxalifət birləşdiyi zaman, indi birləşmiş müxalifət dediyimizdən daha da böyük olacaq. Daha böyük qüvvə ilə Gürcü Arzusuna hücuma keçəcəyik. Bundan əlavə, başqa siyasi sistem olacaq və çox sayda partiyanın 1%-lik bariyeri aşmaq imkanı olacaq və beləcə ölkədə kualisiya hökuməti olacaq", - deyə R.Qoçiridze bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989