Haqqımızda Reklam
05 
Iyn
2020
10:46
50
7
2477

Gürcüstanda müxalifət kütləvi etirazlara hazırlaşır

Müxalifət iyunun 20-də mərkəzi Rustaveli prospektində, parlamentin binası önündə etiraz aksiyası keçirməkdə israrlıdır. 24News.ge xəbər verir ki, bu bəyanatla Gürcüstanın “Stıdno” vətəndaş hərəkatının fəallarından olan Gigi Makarşvili çıxış edib. Onun sözlərinə görə, hökumət əleyhinə olan aksiyalar mütləq şəkildə baş tutacaq. G.Makarşvili deyib ki, aksiya iştirakçıları ara məsafəsi saxlamaqla, tibbi maska və infeksiya əleyhinə vasitələrlə təmin olunacaqlar. “Aksiyaya hakim Gürcü Arzusu Partiyasına müxalif olan bütün siyasi qüvvələr dəvət olunublar”, - deyə Makarşvili vurğulayıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989