Haqqımızda Reklam
05 
Iyn
2020
11:03
25
7
3754

Azərbaycanda bu səbəbdən qalan avtomobillərlə bağlı açıqlama...

Koronavirus pandemiyası ilə əlaqədar Gürcüstan dövlət nömrə nişanlı şəxsi avtomobilləri olan vətəndaşlar, Dövlət Gömrük Komitəsinin dayanacaqlarından öz avtomobillərini çıxara bilərlər. Bu bərədə 24News.ge xəbər portalına Soydaş İctimai Birliyindən məlumat verilib. Məlumatda qeyd olunur ki, avtomobilinizi Gömrük nəzarətindən götürərək sərhədlər açılanadək öz həyətinizdə saxlaya bilərsiz, avtomobili idarə etməyə icazə verilmir. Müvafiq tələblərə görə, avtomobilin dayanacaqda qaldığı hər günə görə 1,5 manat ödənilməlidir. Ödənilən məbləğ 60 gün üçün 90 manatdan artıq ola bilməz. İndiyədək öz həyətlərində, binalarının qabağında saxlanmış avtomobillər Azərbaycanı tərk edən zaman onlardan heç bir əlavə ödəniş tələb edilməyəcək deyə açıqlamada qeyd olunur.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989