Haqqımızda Reklam
05 
Iyn
2020
11:22
30
56
9716

Bolnisi rayon Kəpənəkçi kəndində güllələnmə hadisəsi - Ölən var

Ötən gün axşam saatlarında Bolnisi rayonunun Kəpənəkçi (Kvemo Bolnisi) kəndində güllələnmə hadisəsi baş verib. 24News.ge xəbər portalının etibarlı mənbədən aldığı məlumata görə, hadisə kəndin cala deyilən ərazisində baş verib. Kənd sakini (Adının çəkilməsi istənilmir) gənc bir neçə nəfərlə cala deyilən ərazidə oturub yeyib-içən vaxt sözügedən qətil hadisəsi baş verib. Dünyasını dəyişən gənc üç güllə ilə qətlə yetirildiyi bildirilir. Hazırda gəncin cənazəsi ekspertizaya aparılıb, Polis və Ekspertiza qrupu hadisə ilə bağlı kənddə araşdırma aparır. Hadisə ilə bağlı bir neçə nəfərin də artıq saxlanıldığı bildirilir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989