Haqqımızda Reklam
05 
Iyn
2020
14:52
50
77
15666

Bolnisi rayon Kəpənəkçi kəndində güllələnmə hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub (FOTO)

Ötən gün axşam saatlarında Bolnisi rayonunun Kəpənəkçi (Kvemo Bolnisi) kəndində baş verən güllələnmə hadisəsi ilə bağlı, bəzi təfərrüatlar məlum olub. 24News.ge xəbər portalının əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, hadisə ötən gün axşam təqribi olaraq saat 11:00 radələrində, kəndin cala deyilən ərazisində baş verib. Beləki yeyib-içməyə gedən 32 yaşlı İ.Z və bir neçə nəfər dostu, oturduqları zaman anidən onlara atəş açılıb. Məlumata görə, açılan atəş 32 yaşlı İ.Z ya tuşlanıb və o sinə və baş nahiyəsindən üç güllə yarası alıb. Təcili olaraq xəstəxanaya çatdırılsa da, 32 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb. Hazırda gəncin cənazəsi ekspertizadan evə gətirilib, Daxili İşlər Nazirliyi qəsdən adam öldürmə faktı ilə cinayət məcəlləsinin 108-ci maddəsi ilə cinayət işi açıb, Polis və Ekspertiza qrupu hadisə ilə bağlı kənddə araşdırma aparır. Baş verən qətil hadisəsi ilə əlaqədar bir neçə nəfər saxlanıb və dindirilmələr davam etdirlir. Hələlik qətlin kim tərəfindən törədildiyi məlum deyil.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989