Haqqımızda Reklam
05 
Iyn
2020
16:06
23
49
8801

Marneulidə ağır avtomobil qəzası - Ölən və yaralılar var (FOTO)

Bu gün saat 14:00 radələrində Marneuli rayon Maradisi yolunda avtomobil qəzası baş verib. Qəza nəticəsində bir nəfər dünyasını dəyişib, ikisi uşaq olmaqla üç nəfər isə xəsarət alıb. 24News.ge xəbər portalına şahidlərin verdiyi məlumata görə, avtoqəza Opel Astra və Ford Tranzid markalı avtomobillərin toqquşması nəticəsində baş verib. Beləki Opel Astra avtomobilinin sürücüsü Maradisi kəndi istiqamətindən mərkəzi yola çıxan zaman ehtiyatsılıq ucbatından Ford Tranzid markalı avtomobil onu vurub. Qəza zamanı Opel Astra avtomobilinin sürücüsü yerindəcə keçinib. Avtomobillərdə olan digər ikisi uşaq olmaqla, üç nəfər isə ciddi xəsarətlər alıb. Əraziyə təcili tibbi yardım briqadası və polis patrul xidməti cəlb olunub faktla bağlı araşdırma aparılır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989