Haqqımızda Reklam
05 
Iyn
2020
17:00
13
7
683

"Qirçi" liderindən maraqlı addım - "Majoritar dairələrdən namizəd çıxarmayacağıq"

"Qirçi" partiyası, 2020-ci ilin Parlament seçkilərində sadəcə partiya siyahısı (proporsional) üzrə mübarizə aparacaq və majoritar dairələrdən namizəd çıxarmayacaq. 24News.ge xəbər verir ki, bu barədə sözü gedən partiyanın rəhbəri, Zurab Caparidze, Feysbuk sosyal şəbəkəsində yazdığı statusda bildirib. Caparidze qeyd edib ki, Parlament seçkilərində müxalifətin vahid namizədlərinin olması çox önəmlidir. Onun sözlərinə görə, "Qirçi" partiyasının seçiciləri majoritar dairələrdə partiyanın baxışlarına ən çox yaxın olan majorotar namizədi dəstəkləyəcəklər. "Konkret olaraq, Qirçi seçicisinin səsləri həmin namizədə gedəcək, hansı ki, açıq şəkildə Qirçinin Parlamentdə mübarizə aparacağı dəyərləri qoruyacağını bəyan edəcək: - Dövlətin balansında olan mülkün vətəndaşlara qaytarılması; - Bir vergi ödənişinin saxlanılması və dövlətin ölçülərinin 15%-dək azaldılması; - Müxalifət partiyalarının razılığına uyğun olaraq, məhkəmə sisteminin islahatları; - Dövlətin requlasiyalarına azad şəkildə tədris institurlarının yaradılması imkanı vermək; - Rayon polis rəhbərlərinin seçilməsi"-deyə Zurab Caparidze bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989