Haqqımızda Reklam
21 
Apr
2019
14:20
5
1
1156

Yağmurlu hava şəraiti ölkə miqyasında davam edəcək – Hava şəraiti açıqlandı

Bir neçə gün yağmurlu hava ölkə miqyasında davam edəcək. 24News.ge xəbər verir ki, bu barədə Ətraf mühitin qorunması üzrə Milli Agentlik məlumat yayıb. Milli Ətraf Mühitin Qorunması üzrə Agentliyinin nümayəndəsi Naira Manvelişvilinin sözlərinə görə, Gürcüstanın bəzi bölgələrində yağış yağacaq və yüksək dağlarda isə qar yağacaq. Qərbi Gürcüstanda güclü külək əsəcək. Dağlıq ərazilərdə temperatur 12-18 dərəcə, ölkənin şərq hissəsində isə 8-13 dərəcə isti olacaq. "23 aprel tarixinə qədər yağış gözlənilir, Şərqi Gürcüstanda güclü külək, ən çox istilik 15 dərəcəyədək, Şərqdə isə 17 dərəcə qədər artacaq", - deyə N.Manvelişvili bildirib. O, həmçinin əlavə edib ki, aprelin 25-26-da hava şəraiti yaxşılaşacaq. Qərbi Gürcüstanda hava istiliyi 20-25 dərəcə, Gürcüstanın şərq hissəsində isə 23 dərəcə isti olacaq.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989