Haqqımızda Reklam
21 
Apr
2019
20:34
2
0
669

Nazir: Pankisidə su elektrik stansiyasının tikintisini yerli sakinlərin 90 faizi razı olduğu halda davam etdirəcəyik

"Biz Pankisidə su elektrik stansiyasının tikintisini yalnız yerli sakinlərin 90 faizi dəstəkləndiyi halda davam etdirəcəyik". 24News.ge-nin verdiyi xəbərə görə, bu sözləri bu gün Pankisi dərəsində yerli sakinlər ilə görüşən Daxili İşlər Naziri (DİN) Giorgi Qaxariya deyib. Nazir Giorgi Qaxariya bir daha əhaliyə müraciət edərək deyib ki, daş atma işin həlyolu deyil. "Hidroelektrik stansiyaya gəlincə, inşaatçılar sizinlə danışmağa davam edəcək və qərar əhalinin razılığına uyğun olacaq. Amma bir şey nəzərə alın ki, daş atmaq bir həlletmə yolu deyil. İndi sükunət və qardaşlığımız, münasibətlərimiz və yaşlı tariximiz üçün doğru olanı etməliyik. Dərdlərini bizə söyləyən bütün müdrik insanlara təşəkkür edirəm", deyə söyləyib G.Qaxaria. Nazir həmçinin əlavə edib ki, HES-lərin inşa olunması mövzusunda isə belə bir qənaətə gələk ki, yalnız əhalinin 90 faizi bunu dəstəkləyirsə, inşa edilsin. Qeyd edək ki, yerli sakinlər Pankisi dərəsində yeni "Hadori-3" hidroelektrik stansiyasının inşasına qarşı çıxırlar. Onlar tikintinin dayandırılmasını tələb edirlər və bu gün Panikisi dəsində polislə yerli sakinlər arasında qarşıdurma baş verib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989