Haqqımızda Reklam
22 
Apr
2019
06:13
7
2
594

Türkiyənin müxalif CHP lideri Kamal Kılıçdaroğlu hücuma məruz qalıb (FOTO-VİDEO)

Hadisə Ankara ətrafındakı qəsəbələrin birində hərbçinin dəfn mərasimində baş verib. 24News.ge Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bir qrup şəxs Kılıçdaroğlunun ünvanına sərt ifadələr işlədib, aqressiv hərəkətlər edib, ona yaxınlaşmağa cəhd edib. Lakin partiya liderinin mühafizə xidməti hücum edənlərin kənara itələyə bilib, bundan sonra Kılıçdaroğlu çətinliklə olsa da avtomobilə əyləşib. Kamal Kılıçdaroğlu hücumdan sonra tərəfdarlarına xitab edib. Türkiyənin ATV kanalının məlumatına görə, müxalifət lideri hücumu Türkiyənin birliyinə vurulan zərbə kimi qiymətləndirib və geri addım atmayacağını dilə gətirib. “Heç kim unutmasın ki, quruluş və qurtuluş partiyasının sədriyəm. Daha əvvəl PKK-çıların hücumuna məruz qalmışdım. Yenə eyni hücuma məruz qaldım. Geri addım atacağımı düşünürlər, lakin belə olmayacaq. Bu ölkə üçün canını verəcək biri varsa, o da Kamal Kılıçdaroğludur. Hücumu həyata keçirənlərin şəhidə hörməti yoxdur. Onlar müsəlman deyillər. Şəhidə hörmətsizlik edildi, doğru-düzgün cənazə namazı qılınmadı”, – deyə partiya sədri bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989