Haqqımızda Reklam
10 
Iyl
2020
15:45
94
10
9440

Gürcüstanda ilk dəfə unikal 240 metrlik şüşəli körpü Kvemo-Kartlidə tikiləcək

Bu gün baş nazir Giorgi Qaxaria Çalka Bələdiyyəsində yerləşən Daşbaş kanyonuna baş çəkib. 24News.ge xəbər verir ki, nazir bu il Gürcüstandan səyahət edərək ölkəmizdə yeni yerlər kəşf etməyi tövsiyə edib. "Biz bu il ölkəmizdə səyahət edərək yeni yerlər kəşf etməliyik və birlikdə milli turizmimizi gücləndirməliyik. Daşbaş kanyonu da əsas turizim zonası olmalıdır. Gürcüstanda ilk dəfə, qorunan ərazilərdə, özəl beynəlxalq investisiya həyata keçirilir, hansı ki, COVİD-19 pandemiyasına baxmayaraq, bu bizim ölkədə dayanmayıb", - deyə nazir bildirib. Baş nazirin sözlərinə görə, belə həcmli investisiya region üçün ilkdir. Layihə ilə nəzərdə tutulan məkan isə, Gürcüstan üçün yeni və unikal olacaq. Ətraf Mühit və Kəndə Təsərrüfatı Nazirliyinin məlumatına görə, layihəyə əsasən, Gürcüstanda ilk dəfə unikal 240 metrlik şüşəli körpü məs bu ərazidə tikiləcək. Layihənin investisiya dəyəri 50 milyon laridən artıqdır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989