Haqqımızda Reklam
12 
Iyl
2020
11:12
35
1
1796

Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı - Vəziyyət qənaətbəxşdir

Son 24 saat ərzində Gürcüstanda koronavirusa yoluxanların sayında ötən günlərlə müqaisədə ciddi artım müşahidə olunmayıb. 24News.ge xəbər verir ki, rəsmi açıqlamalara görə, bu gün 5 yeni yoluxma qeydə alınıb. 6 nəfər pasiyent isə virusdan sağalaraq evə buraxılıb. Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı, 986 nəfərə çatıb. Onlardan 857 nəfəri isə tam olaraq sağalıb. Ümumilikdə 15 nəfər sözügedən virusdan həyatını itirib. Hazırda ölkə üzrə karantində 5001, stasionar nəzarətdə isə 219 nəfər saxlanılır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989