Haqqımızda Reklam
12 
Iyl
2020
16:59
106
22
10015

Azərbaycan Ermənistan sərhəddində döyüş başladı - Hər iki tərəfdə itki var

Bu gün günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycanın mövqelərini ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçiblər. 24News.ge xəbər verir ki, Azərbaycanın Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistana verilən cavab atəşləri nəticəsində qarşı tərəfə zərbələr endirilib və hazırda onlar itki verərək geri çəkiliblər. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989