Haqqımızda Reklam
30 
Iyl
2020
09:17
175
8
5156

M.Saakaşvili: “Gürcüstan üzərindən Ermənistana silah ötürülməsini təşkil edənlər cəzalandırılmalıdır”

"Azərbaycan bizə çox kömək edib. İlk növbədə 2005-ci ili yada salmaq istərdim. Ozaman bizdə böyük enerji qıtlığı var idi. Gürcüstana daxil olan qaz boruları və elektirik xətləri dırnaq arası desək, terorist hücumu nəticəsində gözlənilmədən kəsilmişdir". 24News.ge xəbər verir ki, bu sözləri Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Azərbaycanın İctimai Televiziyasına müsahibəsində deyib. O deyib ki, Azərbaycan bizi aclıqdan, ölümdən xilas etdi. Nə mən, nə də Gürcüstan xalqı bunu heç vaxt unutmarıq: "Azərbaycan bizi, milyonlarla Gürcüstanlını soyqudan qurtardı. hətda mən deyərdim ki, aclıqdan ölümdən xilas etdi. Bu bir neçə həftə davam edirdi. Nə mən nədə ki, Gürcüstan xalqı bu yaxşlığı heç vaxt unutmarıq. Bundan sonra 2008-ci ildə ölkəmiz təcavüzə məruz qaldığı zaman, Azərbaycan iqtisadi müstəvidə enerji hasilatı üzrə bir sıra tədbirlər gördü ki, bunlar Gürcüstan üçün həyatı əhəmiyyət daşıyırdı. Bu əsil dost əsil qardaş dəstəyi idi. Hər dost qardaş Azərbaycanın göstərdiyi köməyi göstərməzdir. Belə məsələlər nəsillər və yüz illər boyu yaddaşlarda qalır". Jurnalist sual verir: "Azərbaycan və Gürcüstan arasında münasibətlər regionun inkişafı baxımından niyə strateji əhəmiyyət daşıyır?" "Çünki Azərbaycan və Gürcüstan iki qardaş ölkədir, ölkələrimiz mərkəzi asiya, yaxın şərq və avropa arasında yerləşir və bu çox mühüm rol oynayır. Bununla yanaşı xalqlarımız bir-birini sevir. Gürcüstanda çox böyük Azərbaycan icması var. Gürcüstan Azərbaycan üçün dünya bazarlarına çıxışı təmin edir. Azərbaycan Gürcüstan üçün əsas sərmayə dəstək və ümumi sabitlik inkişaf amilidir. Bu səbəbdən də bu ideal bir uyğunluqdur". Jurnalist sual verir: "Son dövürlərdə Serbiya silahlarının Gürcüstan üzərindən Ermənistana ötürülməsi məlumatları yayılıb. Bu məlumata necə münasibət bildirə bilərsiz?" "Bu məlumat yoxlanıb təstiqlənsə, bu ölkələrimiz arasında ənənəvi dostluq, xoşməramlılıq və qardaşlıq siyasəti ilə ciddi ziddiyyət təşkil edəcək. Təbii ki, Gürcüstan regyonda münaqişələrin yox, sülhün bərqərar olmasında maraqlıdır. Biz həmçinin anlamalıyıq ki, Gürcüstanın indiki hökuməti tam müstəqil deyil, onlar güclü xarici təsir altındadır, bu məhs Gürcüstana xaricdən verilən tapşırıq ola bilər, Gürcüstan xalqının istəyi yox. Azərbaycan Gürcüstanın inkişafı üçün vacib amildir, bizim Azərbaycanla münasibətlərimiz o səviyyədədir ki, onlara qarşı atılmış hər bir bir addım, Gürcüstan xalqına qarşı atılmış bir addımdır". Jurnalist sual verir: "Bu məlumat istər Azərbaycanın rəsmi dairələrində istər ictimayyətdə qınaqla qarşılandı, bu iki ölkə arasında münasibətlərə necə təsir edə bilər?" "Yenə də deyirəm, məlumat təstiqlənsə bu addım tək Azərbaycan xalqına qarşı yox, Gürcüstan xalqına qarşı da atılmış səf addım olacaq, hansı ki, bu addım regyonda sülhə qarşıdır, mənim şəxsi fundamental prinsiplərimə qarşıdır. Düşünürəm ki, bunu təşkil edən insanlar cəzalandırılmalıdır. Azərbaycanın Gürcüstana bütün bu illər ərzində etdiyi yaxşılıqları müqavilində bu çox böyük bir nankorluq olar. Minnətdarlıq anlayışı təkcə insanlara yox, ölkələrarası münasibətlərə də xasdır. Bizim Azərbaycana qarşı nankorluq etməyə heçbir sənətimiz və haqqımız yoxdur, biz Azərbaycana dərindən minnətdar olmalıyıq". Jurnalist sual verir: "Gürcüstanda parlament seçkiləri yaxınlaşır, sizcə bu məlumat parlament seçkilərinin nəticələrinə necə təsir göstərəcək?" "Düşünürəm ki, son 2 seçkilər zamanı Gürcüstanın müasir tarixində ilk dəfə olaraq, Gürcüstan azərbaycanlıları müxalifətə səs veriblər, mənim üçün bu çox əlamətdardır. Bu o deməkdir ki, azərbaycanlılar da gürcülərlə yanaşı özlərini ölkənin sahibi hiss edirlər və ona görə məsuliyyət daşıyırlar. İndiki hakimiyyət onlarla oyun oynaya bilməz, onlar Gürcüstanın vətənpərvərləridir, onlar Gürcüstan üçün çox iş görüblər, gələcəkdə də görəcəklər. Düşünürəm ki, biz onları Gürcüstan hökumətinə daha çox inteqrasiya etməliyik, çünkü onlar da böyük Gürcüstan cəmiyyətinin üzvləridir. Bu nöqteyi nəzərdən Gürcüstan azərbaycanlıları təzyiqə və hədələrə rəğmən, seçkilərdə də əsil vətənpərvərlər kimi baxıb, azad seçimlərini etməlidirlər", - deyə M. Saakaşvili bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989