Haqqımızda Reklam
31 
Iyl
2020
19:52
46
4
1576

Baş nazir Giorgi Qaxaria müsəlman dini lidelərlə görüşdü (FOTO)

Bu gün Baş nazir Giorgi Qaxaria ölkənin müsəlman dini liderləri ilə görüş keçirib. 24News.ge xəbər verir ki, hökumət başçısı müsəlman icmasını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. Görüşdə baş nazir bildirib ki, Gürcüstanın gücü onun müxtəlifliyindədir: “Biz həmişə müxtəlifliyi qoruyub saxlamışıq və bundan sonra da onun qayğısına qalacağıq”. G.Qaxarianın sözlərinə görə, Gürcüstanda bütün dinlərin nümayəndələrinin ölkənin gələcəyi naminə çalışması çox önəmlidir: “Gürcüstanda yaşayan bütün müsəlmanları Qurban bayramı münasibətilə təbrik edirəm. Təəssüf ki, virusun yayılması səbəbindən bayramı lazımı qaydada qeyd edə bilmirik, amma ümid edirik ki, belə bir hal ilk və son olacaq. Ölkəmizin gücü müxtəlifliyimizə əsaslanır. Müsəlman qardaşlarımız bütün digər Gürcüstan vətəndaşları kimi bizim qardaşlarımızdır. Biz bu ölkəni birlikdə qururuq, ona qayğı göstərir və bu ölkənin gələcəyi üçün birlikdə çalışırıq. Ən əsası, bunu birlikdə, uğurla edirik və gələcəkdə də edəcəyik. Bu bayram münasibətilə hər bir müsəlmanı bir daha təbrik edirəm və ümid edirəm ki, indiyə qədər birlikdə işlədiyimiz kimi bundan sonra da əl-ələ verib pandemiyaya birlikdə qalib gələcəyik. Sizə uğurlar, can sağlığı və bu ölkənin gələcəyi, cəmiyyətimizin gələcəyi üçün birgə önəmli işlər arzulayıram. Hər zaman olduğu kimi bundan sonrada bir-birimizə qayğı göstərməliyik", - deyə baş nazir bildirib. Qeyd edək ki, görüşdə Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Ramin İgidov, Şərqi Gürcüstan üzrə müfti Hacı Yasin Əliyev, Qərbi Gürcüstan üzrə müfti Adam Şantadze və digər din xadimləri də iştirak ediblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989